Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər - FOTO

1 İyun 2026 20:18
53
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Fəxri Xiyabanı ziyarət edib.

İdman.Biz AFFA-ya istinadən bildirir ki, komanda üzvləri Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini hörmət və ehtiramla yad ediblər.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı ziyarət olunub, xatirəsi hörmət və ehtiramla anılıb.

İdman.Biz