İtaliyanın “Yuventus” futbol klubunun baş məşqçisi Luçano Spalletti mətbuat konfransı zamanı rus dilində danışması ilə diqqət çəkib.
İdman.Biz xəbər verir ki, italiyalı mütəxəssis gənc azarkeşlərlə görüşdə dillə bağlı suala cavab verərkən rus dilindən istifadə edib.
Uşaq Spallettidən müxtəlif dillərdə danışan futbolçuların olduğu komandanı çalışdırmağın çətin olub-olmadığını soruşub. 67 yaşlı mütəxəssis cavabına rus dilində başlayaraq belə deyib:
“Qələbə əladır, amma biz bunu yenidən etməyə çalışmalıyıq”.
View this post on Instagram
