Dünya və Avropa çempionatlarında iştirak emtək də vətənə xidmətdir.
İdman.Biz report.az-a istinadən xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov deyib.
Yunan-Roma güləşi üzrə olimpiya çempionu Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşündə maraqlı təklif irəli sürüb.
O, federasiyaların adından bir problemi nəzərə çatdırmaq istədiyini söyləyib:
“17 yaşından, məktəbi bitirdikdən sonra universitetə qəbul olan idmançılarımız təhsillərini davam etdirirlər. Ali təhsil müəssisəsinə qəbul olmayanlar isə hərbi xidmətə gedirlər. Dünya və Avropa çempionatlarında iştirak etmək də Vətənə xidmətdir. Bunu nəzərə alsaq, bu halda həmin yaşlarda idmançıları itirmiş oluruq. Dünya və Avropa çempionatlarında hər çəki dərəcəsində bir idmançı iştirak edir. Həmin idmançı nəticə qazandığı halda Azərbaycan İdman Akademiyasına qəbul olunur. Digərləri isə kənarda qalır. Atlet 1 il 6 ay hərbi xidmət çəkdikdə, onu itirmiş oluruq. Belə olan halda peşəkar idmanda rəqabət itir, davamı gəlmir, nəticə verən federasiyalar məcbur olurlar ki, müəyyən çəki dərəcəsində legioner idmançıları dəvət etsinlər. Bu məsələ qanunla tənzimlənsəydi, aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılsaydı, hər hansı meyarlar həyata keçirmək mümkün olsaydı, yaxşı olardı”.
