Səkkizinci dan kendo ustası Masanori Yasue Azərbaycana gəlir

4 Mart 2026 17:09
66
Səkkizinci dan kendo ustası Masanori Yasue Azərbaycana gəlir

Yaponiyadan dəvət olunmuş səkkizinci dan sahibi, kendo ustası Masanori Yasuenin təqdimatında ənənəvi yapon döyüş sənəti nümayişi təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, tədbir Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının dəstəyi ilə 7 mart tarixində “Crescent Mall”da baş tutacaq.

Nümayişlər saat 16:00 başlayacaq və iştirak ödənişsizdir.

Qeyd edək ki, kendo qədim samuray döyüş texnikalarını özündə əks etdirən, yalnız fiziki gücü deyil, eyni zamanda mənəvi və əxlaqi keyfiyyətləri inkişaf etdirən ənənəvi yapon döyüş sənətidir.

İdman.Biz