“Qazax rayonu 2026-cı il üçün ölkəmizin idman paytaxtı seçilib. Bu seçim təsadüfi deyil. Qazax rayonu qədimdən idman ənənələri ilə seçilib, burada idman daim yüksək səviyyədə inkişaf edib. Rayonumuz dünya və Avropa çempionları yetişdirib, eyni zamanda müxtəlif mötəbər turnirlərə ev sahibliyi edib”.
İdman.Biz xəbər verir ki, bu sözləri Qazaxa ezam olunan əməkidaşımıza açıalamasında Qazax idman olimpiya kompleksinin əməkdaşı və əməkdar məşqçi Azər Əliyev deyib.
Azər Əliyev bildirib ki, Qazax Olimpiya İdman Kompleksində bu gün 10 idman növü üzrə məşqlər keçirilir. Burada həm Olimpiya, həm də qeyri-Olimpiya idman növləri inkişaf etdirilir. Kompleksdə xüsusilə gənclər və yeniyetmələr fəal şəkildə idmanla məşğul olurlar.
“Təkcə 2025-ci il ərzində kompleksimizin idmançıları beynəlxalq arenada, dünya və Avropa çempionatlarında ümumilikdə 12 medal qazanıblar. Bu uğurlar yeniyetmə, gənclər və böyüklər kateqoriyalarını əhatə edir” – deyə A.Əliyev qeyd edib.
Natiq fikrinin davamında söyləyib ki, hazırda 2026-cı ilin idman paytaxtı statusu ilə əlaqədar rayonda geniş abadlıq və infrastruktur işləri aparılır. Təkcə Olimpiya Kompleksində deyil, digər idman qurğularında da gənclər üçün hər cür şərait yaradılıb. Ay ərzində təxminən 500–600 gənc kompleksdə müntəzəm olaraq məşqlərə qatılır.
“2026-cı ildə Qazax İdman paytaxtı seçildikdən sonra bütün federasiyalarla sıx əməkdaşlıq qurulub. Federasiyaların dəstəyi ilə rayonda bir sıra mötəbər yarışların təşkili planlaşdırılıb. Onlardan biri də sərbəst güləş üzrə 15 çəki dərəcəsində keçiriləcək respublika çempionatıdır. Hazırlıq işləri yüksək səviyyədə aparılır. Qonaqların qarşılanması, yerləşdirilməsi, nəqliyyat məsələləri və idmançıların rahatlığı üçün bütün zəruri şərait yaradılıb. Tatamilər və digər infrastruktur beynəlxalq standartlara uyğun şəkildə hazırlanıb ki, yarışlar ən yüksək səviyyədə təşkil olunsun” – deyə məşqçi vurğulayıb.
Onun sözlərinə görə, Qazaxın ölkənin idman paytaxtı seçilməsi bölgənin tarixi ilə bağlıdır.
“Qazax bölgəsi qədim zamanlardan bəri idman ənənələri ilə seçilir və burada idman həmişə yüksək səviyyədə inkişaf edib. Bölgəmiz dünya və Avropa çempionları yetişdirib və müxtəlif mötəbər turnirlərə ev sahibliyi edib”, - deyə Əliyev bildirib.
Kompleksin əməkdaşı qeyd edib ki, hazırda yerli Olimpiya Kompleksində həm Olimpiya, həm də qeyri-Olimpiya növləri daxil olmaqla 10 idman növü üzrə bölmələr fəaliyyət göstərir:
“Burada həm Olimpiya, həm də qeyri-Olimpiya idman növləri inkişaf edir. Gənclər və yeniyetmələr kompleksin idman növlərində xüsusilə fəaldırlar. Təkcə 2025-ci ildə kompleksimizin idmançıları beynəlxalq arenada, dünya və Avropa çempionatlarında ümumilikdə 12 medal qazanıblar. Bu nailiyyətlər yeniyetmələr, gənclər və böyüklər arasındadır”.
O əlavə edib ki, təkcə Olimpiya Kompleksində deyil, digər idman obyektlərində də gənclər üçün bütün mümkün şərait yaradılıb. Hər ay təxminən 500-600 gənc kompleksdə müntəzəm olaraq məşqlərə qatılır.
