“Laureus” ilin idmançısı mükafatına namizədləri açıqlayıb

3 Mart 2026 20:13
89
“Laureus” ilin idmançısı mükafatına namizədləri açıqlayıb

“Laureus World Sports Awards”, 2026-cı ilin kişi və qadın idmançısı mükafatlarına namizədləri açıqlayıb.

İlin qadın idmançısı: Arina Sabalenka (tennis, Belarus), Aytana Bonmati (futbol, İspaniya), Melissa Cefferson (atletika, ABŞ), Fait Çepngetiç Kipyegon (atletika, Keniya), Keti Ledeki (üzgüçülük, ABŞ) və Sidni Maklafhlin-Levron (atletika, ABŞ).

İlin kişi idmançısı: Karlos Alkaras (tennis, İspaniya), Yannik Sinner (tennis, İtaliya), Usman Dembele (futbol, Fransa), Arman Düplantis (atletika, İsveç), Mark Markes (motosiklet yarışı, İspaniya) və Tadey Poğaçar (velosiped idmanı, Sloveniya).

Mükafatın qalibləri 20 apreldə İspaniyanın Madrid şəhərində keçiriləcək mərasimdə elan ediləcək. 2025-ci il qalibləri isveçli dirəklə tullanan Arman Düplantis və amerikalı gimnast Simona Baylz olub.

İdman.Biz