“İdman həftəsi” çərçivəsində ahıl şəxslər üçün dama yarışı keçirilib - FOTO

3 Mart 2026 17:57
69
“İdman həftəsi” çərçivəsində ahıl şəxslər üçün dama yarışı keçirilib - FOTO

“İdman həftəsi” çərçivəsində ahıl şəxslər üçün sosial xidmət müəssisəsində dama yarışı keçirilib.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi yarışda qadınlar arasında birinci yerə Raisa Şaqudilina, ikinci yerə isə Müslimat Rzaxanova layiq görülüblər.

Kişilər arasında isə birinci yeri Abbas Abbasov, ikinci yeri Xanlar Camıyev və üçüncü yeri isə Əlisəfa Mirzəliyev tutublar.

Qeyd edək ki, yarışın sonunda qaliblər diplom və mükafatlarla təltif olunublar.

İdman.Biz