Keçmiş həyat yoldaşının öpüşməsini görən Denilsondan maraqlı reaksiya - VİDEO

3 Mart 2026 17:42
85
Keçmiş həyat yoldaşının öpüşməsini görən Denilsondan maraqlı reaksiya - VİDEO

Braziliyalı futbolçu Luiz Adrianonun həyat yoldaşını canlı yayımda öpməsi və həmin xanımın Denilsonun keçmiş həyat yoldaşı olması futbol dünyasında gündəm yaradıb. Sosial şəbəkələrdə geniş yayılan görüntülərə Denilsonun verdiyi yumoristik reaksiya isə böyük maraqla qarşılanıb.

İdman.Biz xəbər verir ki, keçmiş futbolçu Denilson, Luiz Adrianonun hərəkətinə münasibət bildirərək izləyicilərini güldürüb.

O, müqəddəs kitaba toxunaraq bu sözləri qeyd edib:

“İncildə qonşunun arvadına göz dikməyəcəksən deyə yazılıb, amma qardaşım…”

İkilinin keçmiş münasibətləri fonunda edilən bu paylaşım qısa müddətdə minlərlə şərh yazılıb. Luiz Adrianonun hazırkı həyat yoldaşının məhz Denilsonun keçmiş həyat yoldaşı olması faktı müzakirələri daha da alovlandırıb.

İdman.Biz