Bəhram Rəcəbzadədən “Glory100”də inamlı qələbə - FOTO/VİDEO

Xəbərlər
14 İyun 2025 21:40
189
Bəhram Rəcəbzadədən “Glory100”də inamlı qələbə - FOTO/VİDEO

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə “Glory100” turnirində döyüşə çıxıb.

İdman.biz xəbər verir ki, 33 yaşlı idmançımız Asdren Qaşi ilə qarşılaşıb.

Bəhram Rotterdamda keçirilən görüşün ilk raundunda qələbə qazanıb. 95 kq çəki dərəcəsində yarışan Rəcəbzadəyə albaniyalı rəqibini məğlub etmək üçün 53 saniyə kifayət edib.

Qeyd edək ki, Bəhramın növbəti rəqibi qvineyalı Mori Kromah olacaq.

İdman.biz