Yunanıstanın Loutraki şəhərində MMA üzrə Avropa çempionatı Azərbaycan yığması üçün olduqca uğurlu keçib. Təmsilçilərimiz yarışda yüksək əzmkarlıq nümayiş etdirərək çoxsaylı medallara sahib çıxıblar.
İdman.Biz xəbər verir ki, idmançılarımızdan Asif Gözəlov (52 kq), Əli Məmmədov (65,8 kq), Qiyas Rüstəmov (79,4 kq), Əvəz Mustafayev (83,9 kq), Nərmin Əliyeva (56,7 kq), Ağalar Məmmədov (61,2 kq) və Kəyyar Piriyev (70,3 kq) bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.
Gümüş medalları isə aktivimizə Adəm Əsgərov (46 kq), Samirə Qasımova (46 kq), Emil İsmayılov (56,7 kq), Ələkbər Rzayev (61,2 kq), Sənan Rəcəbov (70,3 kq) və Nihad Quliyev (74,9 kq) yazdırıblar.
Bundan başqa, İslam Ramazanov (74,9 kq), Əli Şərifov (79,4 kq), Rahil Bağırov (56,7 kq) və İbrahim Quliyev (65,8 kq) bürünc mükafatlara sahib çıxaraq uğuru tamamlayıblar.
