Bakıda keçirilən Yaponiyanın dünyaca məşhur qarışıq döyüş sənəti (MMA) təşkilatı “Rizin”in “Landmark 7” beynəlxalq turnirinə yekun vurulub.
İdman.biz xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və “Rizin” Döyüş Federasiyasının təşkilatçılığı ilə Milli Gimnastika Arenasında təşkil olunub.
Günün döyüşü MMA döyüşçümüz, “Rizin” kəmərinin sahibi Vüqar Kərəmovla (66 kq) yaponiyalı “Black Super” yüngül çəki çempionu Çihiro Suzuki arasında olub. 31 yaşlı həmyerlimiz titulunu qorumağa çalışsa da, bunu bacarmayıb. Rəqib ilk raundda nokautla qələbə qazanıb. Beləliklə, “Rizin” təşkilatının çempionluq kəməri Suzukiyə qismət olub.
Qeyd edək ki, Kərəmovdan öncə MMA döyüşçülərimizdən Tofiq Musayev, Mehman Məmmədov qalib gəlib, Tural Rəhimovla Nəriman Abbasov isə məğlubiyyətə üzülüb.
----------
22:01
Gənclər və İdman Nazirliyi və “Rizin” Döyüş Federasiyasının təşkilatçılığı ilə Milli Gimnastika Arenasında təşkil olunun “Landmark 7” turniri davam edir.
İdman.biz xəbər verir ki, Azərbaycan 4-cü MMA döyüşçüsü rinqə çıxıb.
71 kq-da Tofiq Musayev yaponiyalı Koji Takeda ilə üz-üzə gəlib. Həmyerlimiz güclü rəqibinə 3-cü raundda nokautla qalib gəlib.
Qeyd edək ki, Musayev öncə MMA döyüşçülərimizdən Mehman Məmmədov qalib gəlsə də, Tural Rəhimovla Nəriman Abbasov məğlubiyyətə üzülüb.
--------
21:23
Azərbaycanın daha bir döyüşçüsü “Landmark 7” beynəlxalq turnirində çıxışını başa vurub.
İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi və “Rizin” Döyüş Federasiyasının təşkilatçılığı ilə Milli Gimnastika Arenasında təşkil olunun yarışda 71 kq-da döyüşən Nəriman Abbasov rusiyalı Ali Abdulxalikov ilə qüvvəsini sınayıb.
3 raund davam edən görüşdə hakimlərin qərarı ilə rəqib qələbə qazanıb.
Ondan öncə MMA döyüşçülərimizdən Mehman Məmmədov qalib gəlsə də, Tural Rəhimov məğlubiyyətə üzülüb.
---------
20:54
Azərbaycanın daha bir döyüşçüsü “Landmark 7” beynəlxalq turnirində çıxışını başa vurub.
İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi və “Rizin” Döyüş Federasiyasının təşkilatçılığı ilə Milli Gimnastika Arenasında təşkil olunun yarışda Mehman Məmmədov (57 kq) türkiyəli Ferit Göktepe ilə üz-üzə gəlib.
3 raund davam edən görüşdə həmyerlimiz hakimlərin qərarı ilə qalib elan olunub.
---------
20:31
Azərbaycanda Yaponiyanın dünyaca məşhur qarışıq döyüş sənəti (MMA) təşkilatı “Rizin”in “Landmark 7” beynəlxalq turniri davam edir.
İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi və “Rizin” Döyüş Federasiyasının təşkilatçılığı ilə Milli Gimnastika Arenasında təşkil olununan yarışda ilk idmançımızın görüşü başa çatıb.
71 kq-da Tural Rahimov koreyalı Kyong Pyo Kimlə döyüşüb. Görüş rəqibin erkən qələbəsi ilə yekunlaşıb. Asiyalının ardıcıl zərbələrindən sonra Tural yerə yıxılıb və nokaut qeydə alınıb.
Günün döyüşü MMA döyüşçümüz, “Rizin” kəmərinin sahibi Vüqar Kərəmovla yaponiyalı “Black Super” yüngül çəki çempionu Çihiro Suzuki arasında olacaq. 31 yaşlı həmyerlimiz titulunu qorumağa çalışacaq.
Həmçinin Tofiq Musayev yaponiyalı Koji Takeda ilə, Nəriman Abbasov rusiyalı Ali Abdulxalikov ilə, Mehman Məmmədov isə türkiyəli Ferit Göktepe ilə üz-üzə gələcək.
Emin Ağa
İdman.biz