Geyci 2026-cı ilin sonuna kimi döyüşməkdən imtina edib

10 Sentyabr 2026 08:35
49
Geyci 2026-cı ilin sonuna kimi döyüşməkdən imtina edib

Yüngül çəkidə hazırkı UFC çempionu Castin Geyci 2026-cı ildə bir daha oktagona çıxmayacağını bəyan edib.

İdman.Biz xəbər verir ki, 37 yaşlı amerikalı döyüşçü bu qərarını cari ildə keçirdiyi iki döyüşdən sonra bərpa olunmaq zərurəti ilə izah edib.

“Mən bu il iki dəfə döyüşmüşəm. Dizimdə sümük əziyi var. Əllərimlə hələ də zərbə vura bilərəm, amma həqiqətən bərpa olunmağa ehtiyacım var. Dəqiq bilirəm ki, bu il bir də döyüşməyəcəyəm. Ailəm var və valideynlərimə mövcud vəziyyət barədə danışmışam”, – deyə Geyci bildirib.

Amerikalı 2026-cı ildə iki döyüş keçirib. Yanvar ayında o, Paddi Pimbletti hakimlərin yekdil qərarı ilə məğlub edib, iyun ayında isə İliya Topuriyanı texniki nokautla üstələyərək yüngül çəkidə UFC-nin tamhüquqlu çempionluq kəmərini qazanıb.

Geycinin peşəkar rekordu 28 qələbə və 5 məğlubiyyətdən ibarətdir. O, 21 döyüşdə nokautla qalib gəlib.

İdman.Biz