Petr Yan Merab Dvalişviliyə sərt mesaj göndərdi

11 Sentyabr 2026 17:16
63
Petr Yan Merab Dvalişviliyə sərt mesaj göndərdi

UFC-nin yüngül çəkidə çıxış edən döyüşçüsü Petr Yan Merab Dvalişviliyə sərt mesaj ünvanlayıb.

İdman.Biz xəbər verir ki, rusiyalı döyüşçü gürcü rəqibinin burun zədəsinə toxunaraq onu hədələyib.

“Merab, burnun üçün yaxşı sığorta al. Çünki onu yenidən sındırmalı olacağam”, - deyə Yan bildirib.

Xatırladaq ki, Dvalişvilinin burnu bu il məşq zamanı iki yerdən sınıb. O, əməliyyat keçirmədən məşqlərini davam etdirmək qərarına gəlib.

Yan və Dvalişvili daha əvvəl də üz-üzə gəliblər. Son qarşılaşmada Petr Yan qələbə qazanaraq UFC çempionluğunu geri qaytarıb.

Qeyd edək ki, Petr Yanla Merab Dvalişvili arasında növbəti döyüşün 24 oktyabrda keçirilməsi planlaşdırılır.

İdman.Biz