UFC döyüşçüsü İslam Mahaçev səhhətindəki vəziyyət və növbəti döyüşü ilə bağlı açıqlama verib.
İdman.Biz xəbər verir ki, rusiyalı idmançı İen Harri ilə qarşılaşmadan sonra bir neçə dəfə tibbi müayinədən keçdiyini bildirib.
Mahaçev döyüşdən sonra üç dəfə MRT müayinəsi etdirdiyini və bütün onurğasını yoxlatdırdığını deyib:
“Bir neçə kiçik problem var, ona görə də onların üzərində işləyirəm. Ciddi bir şey deyil. Sadəcə onurğamı gücləndirirəm”.
O, növbəti döyüşünün vaxtı ilə bağlı da fikirlərini bölüşüb:
“UFC-nin zəngini gözləyəcəyik. Düşünürəm ki, ideal ssenari Ramazan ayından əvvəl döyüşmək olardı. Ramazan bizim üçün fevral ayında başlayır”.
