UFC döyüşçüsü İlia Topuriya oktaqona qayıtmağa hazırdır.
İdman.Biz xəbər verir ki, bunu UFC rəhbəri Dana Uayt açıqlayıb.
O bildirib ki, təşkilat nümayəndələri Topuriyanın komandası ilə mütəmadi əlaqə saxlayırlar, lakin hazırda onun növbəti döyüşü üçün konkret qarşılaşma müəyyənləşdirilməyib.
“Hazırda onun üçün rezerv etdiyimiz heç nə yoxdur. Amma Topuriya döyüşməyə hazırdır. Biz də onun üçün hazırıq”, - deyə Dana Uayt bildirib.
UFC rəhbəri Topuriyanın növbəti rəqibi kimi Castin Geyci və Peddi Pimblett variantlarına da münasibət bildirib.
“Hər iki variant mənim üçün əladır. Geyci ilə revanş möhtəşəm olar. Peddi Pimblettlə döyüş isə inanılmazdır”, - deyə Uayt əlavə edib.
Qeyd edək ki, Topuriya 2026-cı ilin iyununda keçirilən UFC Freedom 250 turnirində Castin Geyciyə məğlub olaraq peşəkar karyerasında ilk məğlubiyyətini alıb. Bundan sonra o, zədələr səbəbindən döyüşlərə ara verib.
