Rusiyalı qarışıq döyüş növləri (MMA) idmançısı Pyotr Yan UFC-nin ən yüngül çəki dərəcəsində çempionluq titulunu qoruyub.
İdman.Biz xəbər verir ki, Yan Əbu-Dabidə keçirilən UFC 333 turnirində gürcüstanlı Merab Dvalişvili ilə üçüncü dəfə üz-üzə gəlib.
Beş raund davam edən qarşılaşma hakimlərin yekdil qərarı ilə rusiyalı idmançının xeyrinə başa çatıb.
Döyüşün əvvəlində Dvalişvili daha fəal olsa da, Yan sonrakı raundlarda üstünlüyü ələ keçirərək qələbə qazanıb. Bu, onun çempionluq kəmərini geri qaytardıqdan sonra ilk uğurlu titul müdafiəsi olub.
Xatırladaq ki, rəqiblərin 2023-cü ildəki ilk görüşündə Dvalişvili, 2025-ci ilin dekabrında keçirilən revanşda isə Yan qalib gəlmişdi. Beləliklə, rusiyalı döyüşçü üçüncü qarşılaşmada da üstün olub.
