Azərbaycanlı MMA döyüşçüsü Amin Qasımov “A1 Combat” təşkilatında ilk qələbəsini qazanıb. O, rəqibi Ceremi Henrini (Jeremy Henry) texniki nokautla məğlub edib.
İdman.Biz xəbər verir ki, 13 qələbə və 3 məğlubiyyət göstəricisi olan Amin Qasımov qarşılaşmanı birinci raundda başa vurub. O, rəqibini texniki nokautla (TKO) məğlub edərək “A1 Combat” təşkilatında ilk qələbəsini rəsmiləşdirib.
Həmin turnirdə Azərbaycanın digər təmsilçisi Mirəli Hüseynov da qüvvəsini sınayıb. O, Vyacheslav Borşovla qarşılaşmada hakimlərin qərarı ilə məğlub olub.
