UFC-də debüt etməyə hazırlaşan azərbaycanəsilli rusiyalı MMA döyüşçüsü Asəf Çopurov karyerasına Həbib Nurməhəmmədovun təsirindən danışıb.
İdman.Biz xəbər verir ki, məğlubiyyətsiz idmançı bu barədə Ariel Helvaninin podkastında açıqlama verib.
Çopurov 14-15 yaşlarından UFC ilə maraqlanmağa başladığını və Həbib Nurməhəmmədovun intizamından ilham aldığını bildirib:
“UFC azarkeşinə nə vaxt çevrildim? 14-15 yaşım olanda. Bunun səbəbi nə idi? İlk növbədə, Həbib Nurməhəmmədovu gördüm və onun nə qədər intizamlı olduğunu müşahidə etdim. Daha sonra Dağıstana gedərək Abdulmanap Nurməhəmmədovun rəhbərliyi altında məşq düşərgəsində iştirak etdim. Bu, mənim üçün böyük motivasiya oldu”, - deyə döyüşçü vurğulayıb.
Qeyd edək ki, Asəf Çopurov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək UFC 333 turnirində debüt edəcək. Onun ilk rəqibi avstraliyalı Kobi Tikness olacaq.
