Məğlubiyyətsiz seriyaya malik britaniyalı döyüşçü Farid Başarat (12-0) UFC-dən ayrılıb.
İdman.Biz xəbər verir ki, “MMA Fighting” nəşrinin məlumatına görə, 61 kq-a qədər çəki dərəcəsində çıxış edən idmançı təşkilatla yollarını ayırıb.
29 yaşlı Başarat peşəkar qarışıq döyüş növlərində (MMA) karyerasına 2016-cı ildə başlayıb. O, 2023-cü ildən UFC-də çıxış edir. Döyüşçü dünyanın ən nüfuzlu MMA təşkilatında keçirdiyi yeddi qarşılaşmanın hamısında qələbə qazanıb. Bu qələbələrdən birini vaxtından əvvəl əldə edib.
Başarat sonuncu döyüşünü iyul ayında ABŞ-nin Las-Veqas şəhərində keçirilən “UFC 329” turnirində keçirib. O, ABŞ-li Con Qarzu hakimlərin yekdil qərarı ilə məğlub edib.
Qeyd edək ki, bundan əvvəl UFC-nin baş direktoru Dana Vayt təşkilatın çempionu Şon Striklendin döyüşçülərə ödənilən qonorarlarla bağlı narazılığına münasibət bildirib.
