Vüqar Kərəmov “Rizin”də yaponiyalı rəqibini məğlub etdi Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov Yaponiyanın nüfuzlu “Rizin” təşkilatının “Super RIZIN 5” turnirində növbəti döyüşünə çıxıb.
İdman.Biz xəbər verir ki, 33 yaşlı idmançı 66 kq çəki dərəcəsində yaponiyalı Ryo Takagi ilə qarşılaşıb.
Vüqar Kərəmov “Super RIZIN 5” turniri çərçivəsində keçirilən döyüşdə Ryo Takagini məğlub edib.
Döyüşçülər qarşılaşma öncəsi rəsmi çəki mərasimində iştirak ediblər. Kərəmov - Takagi döyüşü bu gün Osakada keçirilib.
Azərbaycan təmsilçisi üç raund davam edən qarşılaşmada hakimlərin yekdil qərarı ilə qalib gəlib. Hakimlərin hesabı 29:28, 30:27, 30:27 Kərəmovun xeyrinə olub.
