Rafael Fiziyevin reytinq cədvəlində mövqeyi açıqlanıb

Xəbərlər
13 Fevral 2024 17:13
Rafael Fiziyevin reytinq cədvəlində mövqeyi açıqlanıb

UFC yeni reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, yeni siyahıda azərbaycanlı idmançı Rafael Fiziyevin mövqeyi dəyişməz qalıb.

O, yenə də 8-ci pillədə qərarlaşıb. Fiziyev son olaraq sentyabrda Mateuş Qamrotla üz-üzə gəlib və diz bağı yırtıldığı üçün görüşü erkən bitirib.

UFC yüngül çəki reytinqi
1. Çarlz Oliveyra
2. Castin Qeydji
3. Dastin Porye
4. Arman Tsarukyan
5. Maykl Çendler.
6. Mateuş Qamrot
7. Beneil Dariuş
8. Rafael Fiziyev

Qeyd edək ki, bütün çəki dərəcələrində rusiyalı İslam Maxaçev liderdir. Amerikalı Con Consu ikinci pillədə qərarlaşıb. İlk “üçlüy”ü avstraliyalı Aleksandr Volkanovski qapayır.

İdman.biz

Məqalədə: