Azərbaycanlı döyüşçü Almatıdakı turnirdə qazaxıstanlı rəqibinə uduzmayıb - VİDEO

18 İyul 2026 00:12
73
Azərbaycanlı döyüşçü Almatıdakı turnirdə qazaxıstanlı rəqibinə uduzmayıb

Azərbaycanlı qarışıq döyüş ustası Zaur Hacıyev Almatıda keçirilən ACA 205 turnirində qazaxıstanlı Artyom Reznikovla qarşılaşmanı heç-heçə ilə başa vurub.

İdman.Biz-in məlumatına görə, üç raundluq yüngül çəki döyüşü hakimlərin əksəriyyətin qərarı ilə heç-heçə başa çatıb.

Birinci raundda Hacıyev daha aktiv olsa da, sonra döyüşçülər xeyli vaxtı klinçdə keçiriblər. Hər iki döyüşçü döyüş boyu kəsiklər alıb. İkinci raundda Reznikov üstünlük əldə edib və son beş dəqiqədə azərbaycanlı döyüşçü ayaq üstə daha üstün görünüb. Reznikov sonda döyüşü patertə keçirməyi bacarıb, lakin hücumunu inkişaf etdirmək üçün onun vaxtı çatmayıb.

İdman.Biz