UFC-nin baş direktoru Dana Uayt ABŞ-li keçmiş titul iddiaçısı Dastin Poryenin sərxoş vəziyyətdə saxlanılmasına münasibət bildirib.
İdman.Biz xəbər verir ki, hadisə iyunun sonunda ABŞ-nin Atlanta şəhərindəki hava limanında baş verib. Spirtli içkinin təsiri altında olduğu bildirilən Porye polis əməkdaşını hədələdikdən sonra həbs edilib.
Dana Uayt UFC-nin belə məsələləri ictimai şəkildə müzakirə etmədiyini, lakin problemlə üzləşən keçmiş idmançılara dəstək göstərdiyini deyib:
“Biz belə məsələlər barədə ictimaiyyət qarşısında danışmırıq. Amma bəli, WWE-də keçmiş idmançılar üçün mövcud olan dəstək sisteminə bənzər addımlar atırıq. Problemlərlə üzləşən bütün idmançılarımızın qayğısına qalırıq. İnanın ki, onların sayı çoxdur”.
Qeyd edək ki, Porye daha əvvəl qumar oyunlarından asılılığı olduğunu da etiraf edib.
