UFC-nin yüngül çəki dərəcəsində çıxış edən İngiltərəli döyüşçü Peddi Pimblett sabiq çempion və hazırkı BMF kəmərinin sahibi Çarlz Oliveyra ilə mümkün qarşılaşma barədə danışıb.
İdman.Biz xəbər verir ki, Pimblett braziliyalı döyüşçünün karyerasında eniş yaşadığını və güləşə üstünlük verəcəyi təqdirdə onu asanlıqla vaxtından əvvəl məğlub edəcəyini bildirib.
“O, artıq karyerasının sonuna yaxınlaşır. Mənimlə güləşməyə çalışsa, ona boğucu fənd tətbiq edəcəyəm”, - deyə Peddi Pimblett bildirib.
View this post on Instagram
