Topuriya üçüncü kəmər uğrunda Mahaçevlə döyüşmək istəyir

15 İyul 2026 13:38
141
Topuriya üçüncü kəmər uğrunda Mahaçevlə döyüşmək istəyir

UFC-nin keçmiş yüngül çəki çempionu İliya Topuriya yarımorta çəki divizionunda İslam Mahaçevlə qarşılaşmaq istədiyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, 29 yaşlı döyüşçü bu qarşılaşmada qalib gələrək karyerasının üçüncü UFC kəmərini qazanmağı hədəfləyir.

“Mahaçevlə üçüncü kəmər uğrunda döyüşərdim. İslam yarımorta çəki çempionu olaraq qalsa və UFC-dən mənə zəng gəlsə, bu fürsətdən istifadə edəcəyəm.

Onu necə məğlub edə biləcəyimi bilirəm. Artıq beynimdə müəyyən strategiya var. Demək olar ki, onun bütün döyüşlərini izləmişəm və zəif tərəflərinə bələdəm”, - deyə Topuriya bildirib.

Mahaçev hazırda UFC-nin yarımorta çəki üzrə çempionudur. Dağıstanlı idmançı kəməri 2025-ci ilin noyabrında Cek Della Maddalenanı məğlub edərək qazanıb.

Topuriya daha əvvəl yarımyüngül və yüngül çəki dərəcələrində UFC çempionu olub. O, 2026-cı ilin iyununda Castin Getciyə məğlub olaraq yüngül çəki kəmərini və peşəkar karyerasındakı məğlubiyyətsizlik seriyasını itirib.

İdman.Biz