UFC prezidenti Dana Uayt "Qanqsterlend" serialının prodüserinin britaniyalı döyüşçü Peddi Pimblettin layihədə iştirak etməsi ilə maraqlandığını açıqlayıb.
İdman.Biz xəbər verir ki, "Qanqsterlend" rejissoru Qay Riçi olan və məşhur britaniyalı aktyor Tom Hardinin rol aldığı serialdır. İkinci mövsümün 2026-cı ilin sentyabrında yayımlanması planlaşdırılır.
"Turnirdən bir gün sonra "Qanqsterlend" serialının prodüseri mənə zəng etdi. O, Peddi Pimbletti öz seriallarına çəkmək istədiklərini dedi. Ümid edirəm ki, alınar; Pimblet hazırda UFC-nin ən böyük ulduzlarından biridir", Uayt deyib.
