UFC-nin müvəqqəti ağır çəkili çempionu fransalı Siril Qan sentyabr ayında Parisdə keçiriləcək UFC tədbirində hazırkı 120 kq çəkidə titulun sahibi ingilis Tom Aspinall ilə döyüşmək niyyətində olduğunu açıqlayıb.
İdman.Biz bildirir ki, Qan “UFC White House — Freedom 250” turnirində Aleks Pereyraya texniki nokautla qalib gəlib.
“Aspinallla revanş? Həll olunası bir şey yoxdur. Sadəcə yarımçıq işimiz var. Düşünürəm ki, yaxşı döyüşdük. Əla gecə idi. Heç nə bitməmişdi, sadəcə ilk raund idi. Bitirilməsi lazım olan yarımçıq iş var.
Bəs niyə gözləyək?! Niyə 5 sentyabrda Parisdə döyüşməyək? Özümü yaxşı hiss edirəm, gəlin bunu edək. Zədələnməmişəm, yaxşıyam... Gələn həftə məşqlərə qayıtmağa hazıram”, - deyə Qan bildirib.
