İki çəkidə keçmiş UFC çempionu Konor Makqreqor 2027-ci ilin yayında oktaqona qayıdacağına işarə edib.
İdman.Biz bildirir ki, Konorun 38 yaşı var.
“Nəsillərarası mübarizə kimi nəzərdə tutulan tədbir hələlik ləğv edilir. IFW 2027. Son rəqs”, - Makqreqor sosial mediada yazıb.
IFW, ənənəvi olaraq iyul ayında keçirilən illik UFC tədbiri olan Beynəlxalq Döyüş Həftəsi deməkdir. Məhz bu tədbirdə Makqreqor 11 iyul 2026-cı ildə Maks Hollouey ilə yenidən qarşılaşıb. Döyüş Makqreqorun öz zərbəsindən sonra yerə uğursuz enməsi və sağ dizindəki ön çarpaz bağı və meniskin cırılmasından sonra 69-cu saniyədə başa çatdı.
