Rusiyalı döyüşçü Maqomed Ankalayev Əbu-Dabidə keçirilən UFC Fight Night yarışının əsas döyüşündə özbəkistanlı Boqdan Quskovu məğlub edib.
İdman.Biz bildirir ki, keçmiş UFC yarımağır çəki çempionu beşinci raundda texniki nokautla qalib gəlib.
34 yaşlı Ankalayevin MMA-da 22 qələbə, iki məğlubiyyət və bir heç-heçə rekordu var. Bu döyüşdən əvvəl o, UFC yarımağır çəki reytinqində ikinci yerdə idi, Yeni Zelandiyalı Karlos Ulberq isə titula sahibdir.
