Britaniyalı UFC döyüşçüsü Peddi Pimblett keçmiş UFC çempionu İliya Topuriyanın “UFC Freedom 250” turniri zamanı istifadə etdiyi künc stulunu hərracda alıb.
İdman.Biz-in məlumatına görə, stulun son qiyməti 13.400 dollar olub.
Pimblett sosial media səhifəsində hərracın şəklini “Kolleksiya nüsxəsi” şərhi ilə paylaşıb.

Xatırladaq ki, “UFC Freedom 250”də Topuriya amerikalı Castin Qetjiyə texniki nokautla məğlub oldu və Qetji UFC-nin yüngül çəki üzrə çempionu oldu. Üçüncü raunddan sonra İliya ciddi zədə alıb və görmə problemləri ilə üzləşib. Dördüncü raunddan sonra vəziyyət daha da pisləşib. Topuriya zədələri səbəbindən son beş dəqiqədə yarışmaqdan imtina edib.
