Kamaru Plessiyə məğlubiyyətindən danışıb

19 İyul 2026 16:13
349
Kamaru Plessiyə məğlubiyyətindən danışıb

UFC-nin yarımorta çəki dərəcəsində sabiq çempionu Kamaru Usman UFC “Fight Night 281” turnirində Drikus dyu Plessiyə məğlubiyyətini şərh edib.

İdman.Biz xəbər verir ki, ABŞ-li döyüşçü qarşılaşmanın əvvəlində gözündən barmaq zərbəsi aldığını, buna görə görməsinin müəyyən qədər zəiflədiyini bildirib.

“Döyüşə daxil olmaq bir qədər çətin oldu. Əvvəldə baş barmaqla gözümə zərbə dəydi və görməm bir qədər bulanıqlaşdı. Amma heç bir bəhanə yoxdur, vəziyyət olduğu kimidir”, - deyə Usman vurğulayıb.

O, rəqibinin fiziki üstünlüyünün və qeyri-adi zərbələrinin də çətinlik yaratdığını qeyd edib:

“O, iri döyüşçüdür. Bundan başqa, qeyri-adi və geniş amplitudalı zərbələri var. Onları görürsən, amma reaksiyan bir qədər gecikir. Yenə də bəhanə yoxdur”.

Usman məğlub tərəfdə olmağa öyrəşmədiyini də etiraf edib:

“Bu vəziyyətdə olmaq çətindir. Mən belə mövqedə olmağa öyrəşməmişəm. Bəli, xoşagəlməz hissdir”.

İdman.Biz