Polşalı MMA döyüşçüsü qələbədən sonra qəfəsdə siqaret yandırdı - VİDEO

26 İyul 2026 21:21
92
Polşalı MMA döyüşçüsü qələbədən sonra qəfəsdə siqaret yandırdı - VİDEO

Polşalı MMA döyüşçüsü Bartlomey Skovıra “DWN 10” turnirində Pablo Mouranı məğlub etdikdən sonra qeyri-adi şəkildə qələbəsini qeyd edib.

İdman.Biz xəbər verir ki, Skovıra ikinci raundda rəqibini texniki nokautla məğlub edib. Döyüş başa çatdıqdan sonra o, qəfəsin üstünə çıxıb, şortunun gizli cibindən bükülmüş siqaret çıxararaq onu yandırıb. Görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.

Bu qələbədən sonra Skovıranın peşəkar MMA karyerasındakı göstəricisi altı qələbə və beş məğlubiyyət olub.

İdman.Biz