Azərbaycanlı qarışıq döyüşçü Asəf Çopurov UAE Warriors promouşaninin çempionluq kəmərini uğurla müdafiə edib.
İdman.Biz-in məlumatına görə, onun avstraliyalı Ris Maklarenlə döyüşü başlanar-başlamaz başa çatıb.
Çopurova rəqibini nokauta salmaq və döyüşü başa vurmaq üçün ilk raundda yalnız bir yaxşı zərbə kifayət edib.
