Rusiyalı UFC döyüşçüsü Şarabutdin Maqomedov (Şara Bullet) hazırkı UFC orta çəki çempionu Şon Striklendlə qarşılaşmağa hazır olduğunu açıqladı.
İdman.Biz bildirir ki, Striklend UFC 328-də Həmzət Çimayevi hakimlərin qərarı ilə məğlub edərək UFC orta çəki çempionu olub.
“Mən bu gün və ya sabah onunla döyüşməyə hazıram. Şon Striklendin onun kimi göründüyü heyvan olmadığını göstərməyə hazıram. Səviyyəmin Şon Striklendinkindən daha yüksək olduğunu sübut edəcəyəm”, - deyə Maqomedov bildirib.
Maqomedov daha əvvəl ardıcıl Mişel Pereyraya qarşı ikinci döyüşünü qazanıb. Onun UFC-də cəmi altı qələbəsi və bir məğlubiyyəti var.
