Azərbaycanlı döyüşçü misirli rəqibini ilk raundda məğlub edib - FOTO

29 İyul 2026 17:41
124
Azərbaycanlı döyüşçü misirli rəqibini ilk raundda məğlub edib - FOTO

Azərbaycan MMA döyüşçüsü Tural Əsgərov Çinin Aksu şəhərində keçirilən WKG MMA turnirində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 77 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz misirli Adham Məhəmmədlə qarşılaşıb.

Tural Əsgərov rəqibini döyüşün ilk raundunun 28-ci saniyəsində nokautla (KO) məğlub edərək möhtəşəm qələbəyə imza atıb.

İdman.Biz