Dana Uayt: “Pereyra üçüncü titulunu qazanarsa, Con Consu keçəcək”

6 İyun 2026 00:36
124
Dana Uayt: “Pereyra üçüncü titulunu qazanarsa, Con Consu keçəcək”

UFC prezidenti Dana Uayt bildirib ki, əgər keçmiş UFC orta və yarımağır çəki çempionu Aleks Pereyra müvəqqəti titul uğrunda fransız Siril Qanı məğlub edərsə, braziliyalı Con Consu keçəcək və qarışıq döyüş sənətləri tarixində ən böyük döyüşçü olacaq.

İdman.Biz bildirir ki, braziliyalı döyüşçünün peşəkar MMA rekorduna 13 qələbə daxildir, bunlardan 11-i erkən qazanılıb.

“Əgər Pereyra həmin gecə üçüncü titul qazanarsa, o, Con Consu keçəcək və bütün zamanların ən böyük döyüşçüsü olacaq”, - “Championship Rounds” sosial media hesabında Uaytdan sitat gətirib.

Aleks Pereyranın 38 yaşı, üç məğlubiyyəti var. Pereyra peşəkar debütünü 2015-ci ildə edib.

İdman.Biz