İslam Mahaçev: “MMA ilə məşğul olmaq lazım deyil”

5 İyun 2026 07:10
108
İslam Mahaçev: “MMA ilə məşğul olmaq lazım deyil”

UFC çempionu 34 yaşlı rusiyalı İslam Mahaçev qəribə açıqlama ilə çıxış edib.

İdman.Biz bildirir ki, o, insanların peşəkar şəkildə MMA ilə məşğul olmamalı olduğuna inandığını deyib.

“Mən insanların bu idman növü ilə məşğul olmamalı olduqlarını düşünməyə meylliyəm. Başqa alternativlər də var, başqa idman növləri də. Təkcə İslamda qadağan olunduğu üçün deyil. İndiki nəslin bu idman növü ilə ailəsini dolandırmaq üçün kifayət qədər pul qazanması çox çətin olacaq. Buna görə də insanlara, valideynlərə MMA-ya o qədər də diqqət yetirməməyi məsləhət görərdim”, - Mahaçev “Murad LaRiba” YouTube kanalına verdiyi müsahibədə bildirib.

Mahaçev hazırda UFC-də 16 qələbə seriyasına malikdir. Ümumilikdə, onun 28 qələbəsi və bir məğlubiyyəti var. Rusiyalı son döyüşündə Nyu-Yorkda keçirilən UFC 322-də avstraliyalı Cek Della Maddalena ilə qarşılaşıb. Onlar UFC-nin yarımorta çəkidə titulu uğrunda döyüşüblər. Döyüş Mahaçevin yekdil qərarla qələbəsi ilə başa çatıb.

İdman.Biz