Maxaçev növbəti döyüşünün vaxtını açıqladı

24 May 2026 16:42
135
Maxaçev növbəti döyüşünün vaxtını açıqladı

UFC-nin yarımorta çəkidə çempionu İslam Maxaçev növbəti döyüşünün vaxtı ilə bağlı danışıb.

İdman.Biz xəbər verir ki, rusiyalı döyüşçü avqustda yenidən oktagona çıxmağı planlaşdırdığını bildirib.

“Bilirəm ki, növbəti döyüşüm avqustda olacaq. Rəqibin kim olacağına 100 faiz əmin deyiləm. Artıq pis formada deyiləm”, - deyə Maxaçev bildirib.

34 yaşlı idmançı UFC-də 16 döyüşdür məğlub olmur. Onun peşəkar karyerasında 28 qələbə və bir məğlubiyyət var.

Maxaçev son döyüşünü Nyu-Yorkda keçirilən UFC 322 turnirində avstraliyalı Cek Della Maddalenaya qarşı keçirib. Yarımorta çəkidə çempionluq kəməri uğrunda baş tutan görüş rusiyalı döyüşçünün hakimlərin yekdil qərarı ilə qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, Maxaçev həmin qələbədən sonra UFC-də iki çəki dərəcəsində çempionluq qazanan döyüşçülər sırasına qoşulub.

İdman.Biz