UFC-nin yarımorta çəkidə (77.1 kq) çempionu İslam Maxaçev növbəti döyüşünə hazırlığını davam etdirir.
İdman.Biz xəbər verir ki, 34 yaşlı döyüşçünün məşq düşərgəsindən yeni görüntülər yayılıb. Sosial şəbəkələrdə paylaşılan videoda Maxaçevin ştanqla çalışdığı görünür.
Maxaçev növbəti UFC döyüşünə hazırlıq prosesində fiziki güc və funksional hazırlıq üzərində işləyir.
Maxaçev məşq düşərgəsində iki olimpiya çempionu ilə də çalışır. Söhbət sərbəst güləş üzrə 74 kq çəki dərəcəsində olimpiya çempionu olmuş Razambek Jamalov və 97 kq çəki dərəcəsində Paris-2024 Olimpiadasının qalibi Əhməd Tacudinovdan gedir. Hər iki güləşçinin Kislovodskda Maxaçevlə birlikdə məşq etdiyi bildirilir.
