UFC-nin orta çəkidə çempionu Həmzət Çimayev Nyuarkda keçirilən UFC 328-dən öncə mətbuat konfransında keçmiş çempion Şon Striklend barəsində sərt danışıb.
İdman.Biz bildirir ki, Çimayevlə Striklend arasında döyüş mayın 10-da olacaq.
“O, məndən qorxur. Buna görə də məni dayandırırlar. Amerikada məni ondan daha çox sevirlər. Buna görə də mənə azarkeşlik edəcəklər. Və mənim üçün sevinəcəklər. O, məni terrorçu adlandırdı. Mən də onun üçün terrorçu olacağam. Onu öldürəcəyəm. Onu ağlatacağam”, - deyə Həmzət Çimayev mətbuat konfransında bildirib.
Xatırladaq ki, çeçen əsilli idmançının 15 qələbəsi var, bunlardan 12-si erkən olub və heç bir məğlubiyyət olmayıb. Çimayev 2018-ci ildən bəri peşəkar yarışlarda iştirak edir.
