Qarşıdan gələn “UFC White House - Freedom 250” turnirinin iştirakçıları — braziliyalı Aleks Pereyra, ispan-gürcü İliya Topuriya, amerikalı Castin Qetji və fransız Siril Qan ABŞ prezidenti Donald Trampla Oval Ofisdə görüşüblər.
İdman.Biz bildirir ki, tədbir 15 iyun tarixində Vaşinqtonda keçiriləcək.
“Küçənin o biri tərəfindəki parkda, düşünürəm ki, 75.000-100.000 azarkeş qəbul edə biləcəyik. Biletlər pulsuz olacaq. Onlar [təşkilatçılar] səkkiz nəhəng ekran quraşdıracaq və döyüşləri onlarda yayımlayacaqlar. Və burada, Ağ Evin qarşısındakı qazonda [tamaşaçılar üçün] 4000 oturacaq olacaq”, - Tramp mətbuat konfransında bildirib.
