Azərbaycanın UFC-dəki parlaq təmsilçilərindən biri olan Nazim Sadıxovun növbəti döyüşü barədə təfərrüatlar məlum olub. İdmançımız paytaxt Bakıda keçiriləcək “UFC Fight Night” turnirində gücünü sınayacaq.
İdman.Biz xəbər verir ki, yüngül çəki dərəcəsində mübarizə aparan Nazim Sadıxovun rəqibi braziliyalı Kauye Kamilo olacaq. Bu qarşılaşma iyunun 27-də Bakı Şəhər Halqasının tərəfdaşlığı ilə təşkil edilən möhtəşəm döyüş gecəsinin əsas kardında yer alıb.
Turnirin rəsmi proqramına əsasən, bu qarşılaşmanın da daxil olduğu əsas kardın döyüşləri saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Nazim Sadıxov bu günə kimi 14 döyüşə çıxıb. Onlardan 11 qələbə, iki məğlubiyyəti var.
Xatırladaq ki, həmin gecənin əsas kardında digər təmsilçimiz Rafael Fiziyev də meydana çıxacaq.
