29 yaşlı yüngül çəki üzrə UFC çempionu İlia Topuriya müvəqqəti çempion Castin Qetjinin döyüş üslubu barədə fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, onların qarşılaşması iyunun 14-də UFC turniri çərçivəsində Ağ Evdə keçiriləcək gecənin əsas döyüşü olacaq.
“Mənim sparrinq-partnyorlarım üçün Castin Qetjinin üslubunu təkrarlamaq çox çətindir, hətta onlara yazığım gəlir. O, zərbələri qeyri-standart bucaqlardan endirir. Bu, qəribədir, onun üslubu həqiqətən çox fərqlidir”, - deyə Topuriya bildirib.
Qeyd edək ki, 37 yaşlı ABŞ-li döyüşçünün hesabında 27 qələbə (onlardan 21-i vaxtından əvvəl) və beş məğlubiyyət var. O, peşəkar karyerasına 2011-ci ildə başlayıb.
İspan-gürcü əsilli Topuriya isə MMA-da debütünü 2015-ci ilin aprelində edib. O, 2020-ci ilin oktyabrından etibarən UFC-də çıxış edir. Onun aktivində 17 qələbə var və bu qələbələrin yalnız ikisi hakim qərarı ilə qazanılıb, məğlubiyyəti isə yoxdur.
