UFC-nin ağır çəkidə müvəqqəti çempionluğuna namizəd olan yeni zelandiyalı Mark Hant Avstraliyanın Sidney şəhərində məişət zorakılığı ittihamı ilə həbs edilib.
İdman.Biz bu barədə MMA Fighting-ə istinadən bildirir.
Məhkəmə sənədlərinə görə, Hant bu gün, 15 apreldə fiziki zərər vurmaq niyyəti ilə təqib və ya qorxutma ittihamı ilə həbs edilib. Həmçinin bildirilib ki, Hant bir qadına ölüm təhdidi olan SMS göndərib. Həbsdən sonra Hant gecəni polis nəzarətində keçirib.
İlk məhkəmə iclasında Hant iddia edilən qurbana və şahidə qarşı aqressiv davranışda ittiham olunub, çünki şahid ona bir işdə kömək edib. Müstəntiqlər Hantın “qorxulu və təhqiramiz şəkildə davrandığını” və qurbanda "qorxu və narahatlıq" yaratdığını və bunun da polisə çağırılmasına səbəb olduğunu iddia ediblər.
Hantın vəkilləri onun bu ittiham üzrə günahını etiraf edəcəyini bildiriblər, lakin keçmiş UFC döyüşçüsünün vəkilləri ölüm təhdidi göndərdiyini təkzib ediblər. Nəticədə, Hanta bu mesajla bağlı heç bir əlavə ittiham irəli sürülməyib.
Hant artıq iddia edilən qurbanla əlaqə saxlamamağa razılaşaraq girov müqabilində həbsdən azad edilib. Onun növbəti məhkəmə iclası 30 aprelə təyin edilib.
Mark 52 yaşındadır. Onun peşəkar MMA rekorduna 13 qələbə daxildir, 14 məğlubiyyəti var, 1 döyüş heç-heçə ilə bitib, biri isə baş tutmamış sayılıb. Hant 2004-cü ildən 2018-ci ilə qədər peşəkar mübarizə aparıb.
