MMA üzrə rusiyalı promouter Kamil Hacıyev UFC-nin orta çəkidə titul döyüşü Həmzət Çimayevin Şon Striklendə məğlubiyyətinin əsas səbəbini açıqlayıb.
İdman.Biz xəbər verir ki, Hacıyev döyüşü öncəsi Çimayevin komandasının ciddi səhvə yol verdiyini bildirib. Onun fikrincə, döyüşçünün son iki kiloqramı salmasına icazə verilməsi funksional hazırlığa mənfi təsir edib.
Promouter Maqomed İsmayılovla söhbətində bildirib ki, Çimayev çəki limitinə düşsə də, ikinci raunddan sonra onun vəziyyəti açıq görünürdü. Hacıyevin sözlərinə görə, əgər Çimayev bu iki kiloqramı salmasaydı, döyüş titul xarakteri daşımasa belə, qələbə qazana bilərdi.
Hacıyev hesab edir ki, üçüncü, dördüncü və beşinci raundlarda Çimayevin daha çox ayaqüstü döyüşməsi taktiki seçimdən çox fiziki güc çatışmazlığı ilə bağlı idi. Onun fikrincə, Çimayevin güləş üçün lazımi enerjisi qalmayıb.
Bununla belə, Hacıyev özü döyüşü Çimayevin xeyrinə qiymətləndirdiyini deyib. O, birinci, dördüncü və beşinci raundları Çimayevə, ikinci raundu isə Striklendə verdiyini bildirib. Üçüncü raundla bağlı isə amerikalının üstünlüyünə razılaşdığını qeyd edib.
Qeyd edək ki, Çimayev - Striklend döyüşü UFC 328 turnirinin əsas qarşılaşması olub. Titul görüşündə Striklend hakimlərin bölünmüş qərarı ilə qalib gəlib və Çimayev orta çəkidə UFC kəmərini itirib.
