Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev “UFC Fight Night” turnirində slovakiyalı Lyudovit Klaynla qarşılaşacaq.
İdman.Biz "ufc.azerbaijan" səhifəsinə istinadən xəbər verir ki, döyüş 1 avqustda Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
Qarşılaşma yüngül çəkidə təşkil olunacaq.
Musayevin rəqibi Klayn UFC-də təcrübəli döyüşçülərdən sayılır.
