Pentaqon Ağ Evdə UFC tədbiri üçün hərbçiləri cəlb edir

30 May 2026 05:10
209
Pentaqon Ağ Evdə UFC tədbiri üçün hərbçiləri cəlb edir

ABŞ Müdafiə Nazirliyi, Prezident Donald Trampın ölkənin 250 illik yubileyi tədbirləri çərçivəsində Ağ Evin çəmənliyində keçiriləcək UFC turnirində iştirak etmək üçün yüzlərlə hərbçi cəlb edir.

İdmam.Biz-in “The Washington Post”a istinadən verdiyi məlumata görə, səyahət və yaşayış xərclərini özləri ödəməli olan kiçik zabitlərə və gizirlərə üstünlük verilir.

ABŞ Hərbi Hava Qüvvələri daxilində yayılan bir sənəddə namizədlərin fiziki hazırlıq standartlarına və boy-bel nisbətinə cavab verməli olduğu bildirilir. Onlar həmçinin qısaqol geyimdə gəlməlidirlər.

İdman.Biz