UFC-nin yüngül çəki dərəcəsində çempionu olan İliya Topuriya ideal döyüşçünü formalaşdırıb.
İdman.Biz xəbər verir ki, 29 yaşlı idmançı “DeepCuts with VicBlends” “YouTube” kanalına müsahibəsində UFC tarixinin müxtəlif bacarıqlar üzrə ən güclü adlarını seçib.
Topuriyanın fikrincə, ideal UFC döyüşçüsündə zərbə texnikası və döyüş intellekti Con Consdan götürülməlidir.
O, qrepplinq baxımından Çarlz Oliveyra və Demian Mayanı, dözümlülük üzrə isə Merab Dvalişvilini fərqləndirib.
Topuriya boks bacarığına görə bir neçə döyüşçünün adını çəkib. Onun siyahısında Darren Till, Konor Makqreqor, Pyotr Yan və özü yer alıb.
İdmançı peşəkar MMA karyerasına 2015-ci ilin aprelində başlayıb. UFC-də isə 2020-ci ilin oktyabrından çıxış edir. Topuriyanın karyerasında 17 qələbə və sıfır məğlubiyyət var.
Qeyd edək ki, Topuriya bu qələbələrin yalnız ikisini hakim qərarı ilə əldə edib.
