UFC Bakı turnirində itki - FOTO

26 May 2026 09:45
171
UFC Bakı turnirində itki - FOTO

UFC döyüşçüsü Andreas Qustafsson Bakıda Daniil Donçenko ilə planlaşdırılan qarşılaşmada iştirak etməyəcək.

İdman.Biz “Frontkick” nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı döyüşçü məşq düşərgəsi zamanı ürək problemləri ilə üzləşib və bu səbəbdən UFC Bakı turnirində döyüşdən kənarda qalıb.

Bildirilir ki, Qustafssonun səhhətindəki problem ciddiləşdiyi üçün onun UFC karyerası qeyri-müəyyən müddətə dayandırılıb. İsveçli döyüşçü sağlamlığını bərpa etməyə fokuslanacaq.

Daha əvvəl İsmayıl Naurdiyev ilə döyüşməli olan italiyalı Marvin Vettori də zədə səbəbindən Bakı kartından kənarda qalıb.

“UFC Fight Night Baku” turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Gecənin əsas hadisəsi yüngül çəkidə Rafael Fiziyevlə Manuel Torres arasında baş tutacaq döyüş olacaq.

Əsas karddan əvvəlki döyüşlər

Yüngül çəki: Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)

Orta çəki: Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)

Orta çəki: İkram Aliskerov (Rusiya) - Brunnu Ferreyra (Braziliya)

Ən yüngül çəki: Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)

Orta çəki: Mixal Olekseyçuk (Polşa) - Abusupiyan Maqomedov (Almaniya)

Orta çəki: İsmayıl Naurdiyev (Avstriya) - rəqib dəqiqləşdirilir

İlkin qarşılaşmaların proqramı

Ağır çəki: Rizvan Kuniyev (Rusiya) - Tayrell Forçun (ABŞ)

Orta çəki: Nursulton Ruziboyev (Özbəkistan) - Andrey Pulyaev (Rusiya)

Yarımağır çəki: Culius Uoker (ABŞ) - Abdul-Rahman Yaxyayev (Türkiyə)

Yüngül çəki: Bekzat Almaxan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)

Yüngül çəki: Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)

Yarımorta çəki: Fərman Həsənov (Azərbaycan) - Erik Nolan (ABŞ)

Yarımyüngül çəki: Kaan Ofli (Avstraliya) - Xavier Reyes (Kolumbiya)

Əlavə edək ki, döyüşlərin yekun sıralanması turnirə yaxın dəyişə bilər.

İdman.Biz