UFC-yə qayıtmasına baxmayaraq, iki divizion üzrə keçmiş çempion Konor Makqreqor təşkilatla müqaviləsini yeniləmək planında deyil.
İdman.Biz bu barədə jurnalist Ariel Helvaniyə istinadən məlumat verir.
“Bu, biznes hekayədir. Konor qayıdır, amma UFC onunla müqaviləni uzatmayıb. Onlar bunu istəyirlər, amma o istəmir. Konorun iki döyüşü qalıb. İlk döyüşü 12 iyulda, sonra isə, ehtimal ki, 2027-ci ilin birinci və ya ikinci rübündə olacaq”, - Helvani bildirib.
Bundan əvvəl Makqreqor Maks Hollouey ilə qarşıdan gələn revanş döyüşü barədə danışmışdı.
